Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu tərəfindən Abşeron yarımadasının radioekoloji monitorinqi aparılacaq. Bu barədə APA-ya İnstitutun geoloji mühitin qamma spektrometriyası şöbəsinin müdiri Çingiz Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) maliyyəsi ilə həyata keçirilən layihə çərçivəsində Abşeron yarımadası ərazisində mövcud olan 11 neft-qazçıxarma ərazisində radioekoloji durum qiymətləndiriləcək və inzibati binalarda radon qazının miqdarı ölçüləcək.