Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan Dillər Universitetində (ADU) Çin-Azərbaycan diplomatik əlaqələrinin 20 illiyinə həsr olunmuş fotosərgi təşkil olunub.
APA-nın məlumatına görə, “Çin-Şərqdən gələn dostluq” adlı sərgi Çinin Sinxua dövlət agentliyinin və Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilib.
Sərginin açılışında çıxış edən ADU-nun rektoru Çinin Azərbaycan üçün strateji bir ölkə olduğunu bildirib. Onun sözlərinə görə, ADU-da Çinşunaslıq fakültəsi fəaliyyət göstərir və bu yaxınlarda Çin Mərkəzi açılacaq. Bu isə ikitərəfli əlaqələrin daha da inkişaf etməsinə təkan verəcək.
Rektorun sözlərinə görə, bundan öncə sərgi BDU-da, “AzərTAc” dövlət agentliyində və Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilib.
Daha sonra sərginin rəsmi açılışı olub və sərgiyə baxış keçirilib.