Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan Dillər Universitetində (ADU) Çin dili və mədəniyyəti mərkəzi açılacaq. Bu barədə ADU-nun rektoru Səməd Seyidov APA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, mərkəzin direktoru vəzifəsinə Çinşunaslıq üzrə tanınmış mütəxəssis Rafiq Abbasov təyin olunub. Rektor bildirib ki, açılışı mart-aprel aylarına planlaşdırılan mərkəzdə hazırda təmir işləri gedir və işlər yekunlaşmaq üzrədir.
S.Seyidov həmçinin qeyd edib ki, artıq ötən ildən ADU-da Çinşunaslıq fakültəsi açılıb və bu il ilk tələbələrini qəbul edib.
Xatırladaq ki, ADU-da artıq Amerika, Fransa, Koreya, Yaponiya, Alman mərkəzləri fəaliyyət göstərir.