Bank Of Baku

ADU-da Yapon mədəniyyətinə həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA

ADU-da Yapon mədəniyyətinə həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 18 iyun 2013 12:04 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Dillər Universitetində (ADU) Yapon mədəniyyətinə həsr olunmuş tədbir keçirilib.

 

ADU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir ADU-nun Yapon mərkəzi və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

 

ADU-nun Yapon Mərkəzinin rəhbəri Yaşar İbrahimov 2011-ci ilin sentyabrından etibarən ADU-da Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tərkibində Yaponşünaslıq ixtisasının fəaliyyət göstərdiyini bildirib. Y.İbrahimov artıq keyfiyyətli avadanlıqlarla təchiz olunmuş, yüksək səviyyəli mərkəzin tələbələrin ixtiyarına verildiyini söyləyib. O, Yaponiyanın Azərbaycanda fəaliyyət göstərən səfirliyi tərəfindən keçirilən Yapon dili imtahanından uğurla keçərək ADU-nun Yaponşünaslıq ixtisasında təhsil alan Zərifə Aydayevanın iki həftəlik, Aqşin Bədəlbəylinin isə bir illik “Təcrübə proqramı” çərçivəsində Yaponiyaya səfər imkanı əldə etmiş olduqlarını vurğulayıb.

 

Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe ADU-da olmaqdan məmnunluğunu ifadə edib və universitet rəhbərliyinə Yapon mədəniyyətlərinə həsr olunmuş tədbirlər təşkil etdikləri üçün təşəkkürünü bildirib. O, ADU-da Yaponşünaslıq ixtisasının fəaliyyətə başlamasından iki il keçməsinə baxmayaraq, artıq universitetin iki tələbəsinin “Təcrübə proqramı” keçmək üçün Yaponiyaya yollanacaqlarının söyləyib. Səfir tələbələrin bu uğurlarının universitetdə tələbələr üçün yaradılmış keyfiyyətli təhsilin və yüksək imkanların nəticəsi olduğunu diqqətə çatdırıb.

 

Tədbir “Yaponiya mədəniyyəti nümunələrinin nümayişi” adlı sərgi ilə davam edib. Yaponiyanın tarixini, mədəniyyətini əks etdirən videoklip təqdim olunub. Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Yaponşünaslıq ixtisası üzrə təhsil alan I və II kurs tələbələrinin ifasında Yapon milli rəqsi “Soran bushi”, Yapon mahnısı “Dai sukina hito” rəqs və mahnılar nümayiş olunub.

 

Sonda Yapon mədəniyyət nümunələri sərgisi qonaqların seyrinə verilib. Sərgidə Yapon çay mədəniyyəti, İkebada (gül düzümü), Kalleoqrafiya (gözəl yazı sənəti), Oriqame (qatlanmış kağızlardan müxtəlif fiqurların düzəldilməsi) və Kimononun geyim qaydası (Yapon milli geyim növü) nümayiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR