Ailə, qadın və uşaq problemlərinin həlli sahəsində Azərbaycan-Pakistan əməkdaşlığının perspektivləri müzakirə olunub

Ailə, qadın və uşaq problemlərinin həlli sahəsində Azərbaycan-Pakistan əməkdaşlığının perspektivləri müzakirə olunub
# 16 mart 2013 07:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsi  Pakistan Milli   Assambleyasının  nümayəndə heyəti ilə görüş keçirib. Komitənin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycan tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Pakistan tərəfindən Pakistan  Milli Assableyasının deputatı, Milli Assableyada  Pakistan-Azərbaycan  dostluq qrupunun üzvü, İnsan Hüquqları  Nazirliyinin Federal Parlament Katibi, Parlamentdə Uşaq Hüquqları üzrə Forumun sədri Rabina Saadat Qaimxani iştirak ediblər.

 

Tanışlıq məqsədi daşıyan  tədbirdə ailə, qadın və  uşaq problemlərinin həlli sahəsində Azərbaycan-Pakistan əməkdaşlığının perspektivləri müzakirə olunub. Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən Hicran Hüseynova Azərbaycan dövlətinin siyasətində  ailə, qadın və uşaq problemlərinin həllinin prioritet istiqamətlərindən biri olduğunu deyib. Pakistanlı qonaq Azərbaycanda reallaşdırılan dövlət qadın siyasətini, habelə ailə və uşaq problemlərinin həlli sahəsində toplanmış təcrübəni yüksək qiymətləndirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR