Bank Of Baku

AMEA-nın bir qrup alimi əməkhaqlarının artırılması xahişi ilə ölkə prezidentinə müraciət edib

AMEA-nın bir qrup alimi əməkhaqlarının artırılması xahişi ilə ölkə prezidentinə müraciət edib
# 14 dekabr 2012 12:03 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir qrup alimi əmək haqlarının artırılması xahişi ilə ölkə prezidentinə müraciət edib. Bu barədə APA-ya AMEA prezidenti Mahmud Kərimov bildirib. Onun sözlərinə görə, AMEA tərəfindən hələlik rəsmi şəkildə belə müraciət olunmayıb: “Amma Akademiyanın bir qrup alimi imza toplayaraq ölkə başçısına belə bir müraciət ediblər. Bu müraciətə reaksiya veriləcəyinə inanıram”.

 

AMEA prezidenti deyib ki, Milli Məclisdə də fəlsəfə və elmlər doktorlarının rütbə maaşlarının artırılması məsələsinin müzakirə olunacağı gözlənilir.

 

Qeyd edək ki, bir müddət əvvəl APA-ya açıqlamasında AMEA prezidenti rəhbərlik etdiyi qurumun Akademiya alimlərinin əmək haqlarının bir neçə dəfə artırılması ilə bağlı ölkə prezidentinə müraciət edəcəyini demişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR