Bank Of Baku

AMEA-nın gənc alimləri təhsillərini dövlət xətti ilə Avropada davam etdirəcəklər

AMEA-nın gənc alimləri təhsillərini dövlət xətti ilə Avropada davam etdirəcəklər
# 14 mart 2013 13:20 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə AMEA prezidentinin səlahiyyətlərini icra edən Akif Əlizadə Gənc Alimlər Şuralarının sədrləri ilə görüşündə deyib.

 

Onun sözlərinə görə, belə bir təşəbbüs 2008-ci ildən qaldırılıb: “O zaman AMEA-da belə bir məsələ qaldırıldı ki, Akademiyanın gənc elmlər namizədləri doktorluq işlərini Avropada hazırlasınlar. O vaxt xüsusi komissiya yaradıldı, ingilis dilindən imtahan da keçirildi. Təxminən 12 nəfər seçildi. Hazırda bu şəxslərin 6-7 nəfəri doktorluq işinin müdafiəsi ərəfəsindədir. Lakin sonradan bu məsələ davam etdirilmədi”.

 

A. Əlizadə deyib ki, AMEA-da bu iş yenidən davam etdiriləcək: “Bunun üçün dövlət tərəfindən lazımi vəsait ayrılacaq. Akademiyada istedadlı gənclərin siyahısı hazırlanacaq. Bütün institut rəhbərlərinə də gənclərlə işi gücləndirmək tapşırılacaq”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR