Bank Of Baku

AMEA-nın institut və təşkilatlarında monitorinqə başlanılır

AMEA-nın institut və təşkilatlarında monitorinqə başlanılır
# 03 iyul 2013 10:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institut və təşkilatlarının informasiya-kommunikasiya texnologiyaları ilə təminatı vəziyyətinin monitorinqi keçiriləcək. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu məqsədlə AMEA institut və təşkilatları müvafiq formanı doldurmaqla AMEA Rəyasət Heyətinə təqdim etməlidirlər. Formada əməkdaşların ümumi sayı, kompüterlərin - fərdi (desktop) kompüter, notebook, planşet, netbook, server, işçi stansiya; periferiya avadanlıqlarının - printer, skaner, surətçıxarma aparatı, veb-kamera, rəqəmli fotoaparat, rəqəmli videokamera, proyektor, digitayzer, plotterin sayı qeyd olunmalıdır.

 

Təşkilatın İnternetə çıxış sürətinin, veb-saytının, İnternet istifadəçilərinin, elmi jurnalların veb-sayt ünvanının, e-poçt ünvanı olan əməkdaşların sayının qeyd olunması da əsas tələblərdəndir. Bundan başqa, kompüterlərdə istifadə olunan lisenziyalı proqram vasitələrinin sayı, o cümlədən əməliyyat sistemləri, verilənlər bazalarının idarə edilməsi sistemləri, tətbiqi proqram vasitələri, antivirus proqramları qeyd olunmalıdır. Eyni zamanda, AMEA qurumları modem, ADSL, Wi-Fi, ayrılmış xətt, fiber-optik xətt, peyk antenası, İnternetə qoşulmuş kompüterlərin sayını göstərməlidirlər. Formada təşkilatın kompüter şəbəkəsinin növü - lokal, korporativ və ya intranet olması vurğulanmalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR