Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) şəhərciyinin həyətindəki fəvvarənin AMEA-nın sərəncamına verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.
Bunu APA-ya açıqlamasında AMEA prezidenti Akif Əlizadə deyib.
A. Əlizadə bildirib ki, AMEA fəvvarə ilə bağlı fikrindən dönməyəcək: “Dünən də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu axtardım, tapmadım. Bizim bu məsələdə fikrimiz qətidir”.