Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi illik yığıncağı aprelin 3-cü ongünlüyündə keçiriləcək. Bunu APA-ya açıqlamasında AMEA Rəyasət Heyətinin akademik-katibi Vaqif Fərzəliyev deyib.
Onun sözlərinə görə, aprelin 27-də AMEA RH-nin iclası keçiriləcək. İclasda Akademiyanın ümumi illik yığıncağı ilə bağlı məsələlər müzakirə ediləcək. AMEA prezidentinin Akademiyanın ümumi illik yığıncağında seçilməsi məsələsi də hələlik açıq qalıb.
V.Fərzəliyev ümumi illik yığıncaqda AMEA-nın 2012-ci ildəki fəaliyyətinə dair hesabatın təqdim olunacağını, qalan məsələlərin isə yaxın günlərdə dəqiqləşəcəyini deyib.