Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələrində 2012-2013-cü tədris ili üçün doktoranturada dərslər yanvarın 10-dan sonra başlayacaq. Bu barədə APA-ya AMEA Rəyasət Heyətinin (RH) elmi katibi Sərxan Abbasoğlu bildirib. Onun sözlərinə görə, dərslərin gec başlamasına səbəb AMEA RH-nin doktorantların təsdiqi haqqında sərəncamının bütün institutlara çatmamasıdır. Doktorantlar xarici dil və informatika fənnindən təhsil alacaqlar.
Qeyd edək ki, 2012-2013-cü tədris ili üçün fəlsəfə doktoru proqramı üzrə AMEA elmi müəssisələrinin doktoranturalarına 288 plan yerinə 274 nəfər daxil olub.