Bank Of Baku

AMEA əməkdaşlarının tezisləri Avstriyada çap olunub

AMEA əməkdaşlarının tezisləri Avstriyada çap olunub
# 11 yanvar 2013 08:18 (UTC +04:00)

Bakı – APA. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin baş mühafizi, t.ü.f.d. Mahfuzə Zeynalova, Xüsusi Fondun müdiri Afət Rüstəmbəyova, həmçinin AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı Dinarə Abbasova tərəfindən hazırlanmış “Arxeoloji zinət əşyalarının metal tərkibinin müəyyən olunması üçün yeni texnologiyaların tətbiqi” tezisi Avstriyanın paytaxtı Vyanada “Mədəni irs və yeni texnologiyalar 16-cı konfransının materialları”nda çap olunub.

 

Muzeydən APA-ya verilən məlumata görə, Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi Fondunda arxeoloji qazıntılar nəticəsində aşkarlanmış zinət əşyaları saxlanılır ki, onlardan ən qədimi e.ə. II minilliyə aid edilir.

 

İlk dəfə olaraq bu əşyalar Radiasiya Problemləri İnstitutunun təqdim etdiyi spektrometrlər vasitəsilə təhlil olunub. Nəticədə əşyaları zədələmədən onların tərkibində olan qiymətli metalların nisbəti öyrənilib, əşyaların düzəldilmə vaxtı dəqiqləşdirilib. Bir daha təsdiq olunub ki, artıq e.ə. IX əsrdə Azərbaycan zərgərləri öz sahələrində dövrün ən müasir texnologiyalarını tətbiq edirdilər.

 

Xarici mütəxəssislərin böyük diqqətini cəlb etmiş tezisin mətni müvafiq fotoşəkillər və sxemlərlə tamamlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR