Bank Of Baku

AMEA Geologiya İnstitutunun əməkdaşları beynəlxalq seminarda iştirak edib - FOTO

AMEA Geologiya İnstitutunun əməkdaşları beynəlxalq seminarda iştirak edib  - <span style="color: red;">FOTO
# 04 iyul 2013 09:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. İtaliyanın Triyest şəhərində “Kontinentlərdə zəlzələ tektonikası və təhlükəsi” adlı beynəlxalq seminar keçirilib. Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycanı Milli Elmlər Akademiyası Geologiya İnstitutunun əməkdaşları – Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü professor Fəxrəddin Qədirov, geologiya-mineralogiya elmləri namizədi, dosent Qulam Babayev və şöbənin aspirantı Rafiq Səfərov təmsil ediblər. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbər görə, seminara ABŞ, İngiltərə, Qazaxıstan, Qırğızıstan, Pakistan və digər ölkələrdən də alimlər qatılıblar. Tədbirdə ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (MTİ), İngiltərənin Oksford və Kembric universitetləri, həmçinin İtaliya alimlərinin iştirakı ilə aparılan və bütün materikləri əhatə edən geodinamik tədqiqatların nəticələri məruzə edilib, geniş müzakirələr aparılaraq gələcək tədqiqatların istiqamətləri müəyyənləşdirilib.

 

F.Qədirov bildirib ki, Geologiya İnstitutu 15 ildən çoxdur ki, MTİ ilə əməkdaşlıq edir və bu müddətdə Qafqazın, eləcə də Azərbaycanın geodinamikasına dair mühüm elmi nəticələr əldə edilib. Seminarda Azərbaycan alimlərinin də bu sahədə əldə etdiyi nəticələr geniş müzakirə mövzusu olub. Tədbirdə Q.Babayev və R.Səfərov gənc alimlər üçün təşkil olunmuş metodik xarakterli mühazirələrdə iştirak ediblər. Bu, Geologiya institutu üçün kadr hazırlığı baxımından böyük əhəmiyyət kəsb edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR