Bank Of Baku

AMEA prezidenti: “ Azərbaycanda müxtəlif ölkələrdən olan alimlərin həmmüəllifliyi ilə dərc edilən elmi əsərlərin sayı xeyli artıb”

AMEA prezidenti: “ Azərbaycanda müxtəlif ölkələrdən olan alimlərin həmmüəllifliyi ilə dərc edilən elmi əsərlərin sayı xeyli artıb”
# 21 iyun 2013 09:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Bu gün Azərbaycan elmində ciddi islahatlar həyata keçirilir. Həyata keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə edilməsi, ölkənin intellektual resurslarının innovativ əsaslarla səfərbər edilməsi, müxtəlif elm sahələrinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, elmlərarası əlaqələrin daha da inkişaf etdirilməsi və sairə kimi məqamlar xüsusi aktuallıq kəsb edir”.

 

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə “Qloballaşma prosesləri və Azərbaycan elmi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib.

 

O bildirib ki, bu prosesdə elm və texnologiyaların qloballaşması prosesi xüsusi olaraq nəzərə alınır. Bunun əlamətlərindən birinin müxtəlif ölkə alimləri arasında elmi informasiya mübadiləsinin genişlənməsi olduğunu deyən A.Əlizadə qeyd edib ki, mövcud proses uğurla həyata keçirilməkdədir. AMEA prezidenti vurğulayıb ki, hazırda dövlətlərarası elmi proqramlar və layihələr çərçivəsində alimlər arasında əməkdaşlıq forması daha çox əhəmiyyət kəsb edir: “Son illər Azərbaycanda müxtəlif ölkələrdən olan alimlərin həmmüəllifliyi ilə dərc edilən elmi əsərlərin və patentlərin sayı xeyli artıb. Azərbaycan alimləri tərəfindən aparılan araşdırmaların keyfiyyətinin yüksəldilməsi, həmçinin yüksəkixtisaslı kadr hazırlığı sahəsində beynəlxalq standartların tətbiqi elmin yüksək səviyyəli informasiya ilə təmin olunmasından bilavasitə asılıdır. Hazırda Azərbaycan “Şpringer” informasiya bazasının resurslarından istifadə edir, digər bazalara çıxış üçün də müvafiq dövlət qurumları bu istiqamətdə iş aparır. Bu istiqamətdəki işləri də Azərbaycan elminin uğurlarından hesab etmək olar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR