Bank Of Baku

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının bəzi struktur bölmələrinin rəhbərliklərinə yeni təyinatlar olub

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının bəzi struktur bölmələrinin rəhbərliklərinə yeni təyinatlar olub
# 03 iyul 2013 15:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Rəyasət Heyətinin (RH) iclası keçirilib.

 

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan AMEA prezidenti akademik Akif Əlizadə iclasın əsas müzakirə mövzusunun AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət Planına həsr olunduğunu bildirib.

 

AMEA rəhbəri Rəyasət Heyətinin fəaliyyətinin avtomatlaşdırılması, əməkdaşlarının səmərəli iş fəaliyyətinin təmini, bir sözlə, elmi mühitin müasir tələblərə cavab verməsi üçün informasiyalaşdırmanın başlıca şərtlərdən olduğunu qeyd edib.

 

AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev Rəyasət Heyəti Mərkəzi Aparatının fəaliyyətinin informasiyalaşdırılmasına dair Fəaliyyət Planını təqdim edib. R.Əliquliyev Fəaliyyət Planı çərçivəsində nəzərdə tutulmuş tədbirlər haqqında əhatəli məruzə ilə çıxış edərək bildirib ki, burada başlıca məqsəd RH-nin müasir kompüterlərlə təchizatı, şəbəkə-kommunikasiya və TV infrastrukturunun yenidən qurulması, Mərkəzi Aparatın struktur bölmələrinin fəaliyyətinin informasiyalaşdırılması, AMEA RH-nin korporativ üslubunun yaradılması və AMEA RH Mərkəzi Aparatın əməkdaşlarına treninqlərin təşkilidir.

 

O, həmçinin Mərkəzi Aparatının struktur bölmələrinin - elmi bölmələrin, idarə və şöbələrin fəaliyyətinin informasiyalaşdırılması, AMEA üzrə operativ məlumatlandırma sisteminin yaradılması, Mərkəzi Aparatda elektron sənəd dövriyyəsi sisteminin və elektron imza texnolgiyasının yaradılması və tətbiqi, “Elmi problemlər reyestri” sisteminin işlənməsi və s. məsələlərlə bağlı görüləcək tədbirlər haqqında məlumat verib.

 

Tədbirdə həmçinin AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının bəzi struktur bölmələri rəhbərlərinin təyinatı məsələlərinə də baxılıb, müvafiq qərarlar qəbul edilib. Bundan əlavə, AMEA Rəyasət Heyəti noyabr ayında akademik Azad Mirzəcanzadənin 85 illik yubileyinə həsr olunmuş “Neft-qaz sahəsində qeyri-nyuton sistemlər” mövzusunda Beynəlxalq elmi konfransın, görkəmli tibb alimi, Əməkdar Elm xadimi, AMEA-nın müxbir üzvü Sudeyf İmamverdiyevin anadan olmasının 75 illiyi münasibətilə AMEA və Tibb Universitetinin birgə yığıncağı və elmi sessiyasının keçirilməsinə dair qərar qəbul edib. Sonra AMEA-nın Coğrafiya, Geologiya, Riyaziyyat və Mexanika, Radiasiya Problemləri institutlarında elmi işlər üzrə direktor müavini, elmi katib, şöbə müdiri, baş elmi işçi vəzifələrinə irəli sürülən namizədlərin təsdiqi məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR