Bank Of Baku

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
# 11 dekabr 2013 15:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

APA-nın xəbərinə görə, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq ilk olaraq “Azərbaycanın bitki genetik ehtiyatları üzrə informasiya sistemi” adlı məruzənin əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycanda ilk dəfə bitki genetik ehtiyatları (BGE) üzrə informasiya bazasının formalaşdırılmasının əsasları işlənib hazırlanıb, yeni informasiya axtarış sistemi yaradılıb və onun əsasında milli inventarlaşdırma həyata keçirilib. Genetik Ehtiyatlar İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkbərov və şöbə müdiri Afiq Məmmədov mədəni bitkilər və onların yabanı əcdadlarının milli genetik fonduna daxil olan 118 fəsilə, 432 cins və 847 növə aid 11 minə qədər qiymətli bitki nümunəsi haqqında informasiyaların mərkəzi məlumat bazasında toplanaraq təhlil edildiyini nəzərə çatdırıblar. Vurğulanıb ki, BGE üzrə informasiya sistemi bitki müxtəlifliyinin yüksək səviyyədə idarə olunması, məqsədyönlü toplanması, etibarlı mühafizəsi, hərtərəfli tədqiqi və səmərəli istifadəsinin təmin olunmasında əvəzsiz vasitədir. Məruzə bəyənilib, tam informasiya sisteminin və üçölçülü interaktiv xəritələrin yaradılması istiqamətində AMEA-nın Aqrar Elmlər Bölməsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə tədqiqatlar aparmaq tapşırılıb, elmi tədqiqat işlərini genişləndirmək qərara alınıb.

İclasda Bakı Dövlət Universitetinin Bərk cisimlər fizikası kafedrasının müdiri, akademik Bəhram Əsgərov anadan olmasının 80 illiyi və fizika sahəsində göstərdiyi elmi nailiyyətləri, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə isə anadan olmasının 60 illiyi və ictimai elmlər sahəsində əldə etdiyi nailiyyətlərinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif ediliblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR