Gəncə. Azər Məmmədli – APA. Türkiyənin Anadolu Universitetində “Heydər Əliyev Kitabxanası” açılacaq. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Türkiyənin Əskişəhər valisi Kadir Koçdəmir Gəncəyə səfəri zamanı deyib. O bildirib ki, kitabxanada Heydən Əliyev haqqında yazılan kitablar və onun Azərbaycanın inkişafı sahəsində gördüyü işlərlə bağlı araşdırmalar toplanacaq.
Kitabxananın mayın 7-də istifadəyə verilməsi planlaşdırılıb.