Bank Of Baku

Astarada “Narkomanlığa və narkobiznesə qarşı mübarizədə ictimaiyyətin və QHT-lərin rolunun artırılması” mövzusunda tədbir keçirilib - FOTO

Astarada “Narkomanlığa və narkobiznesə qarşı mübarizədə ictimaiyyətin və QHT-lərin rolunun artırılması” mövzusunda  tədbir keçirilib - <span style="color: red;">FOTO
# 15 iyun 2013 11:13 (UTC +04:00)

Astara. Ağəddin Babayev - APA. Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə Astara şəhərindəki Gənclər evində “Narkomanlığa və narkobiznesə qarşı mübarizədə ictimaiyyətin və QHT-lərin rolunun artırılması” mövzusunda  tədbir keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan Astara Rayon İcra Hakimiyyəti (RİH)  başçısının müavini Xanverdi Şirinov narkomaniya ilə mübarizə sahəsində  rayonda görülən işlərdən danışıb.

 

Bildirilib ki, ölkə başçısının fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Ümummilli Proqram”dan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Astara RİH başçısı yanında “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyası” yaradılıb. Komissiya aidiyyəti təşkilatlarla birlikdə narkomaniyanın qarşısının alınması, narkotik maddələrdən qanunsuz istifadə olunması, onların ölkəmizdə yayılması istiqamətində əməli tədbirlər həyata keçirməklə, gənclər arasında təbliğat və izahat işlərinin aparılmasına daim diqqət yetirir.

 

Komissiya üzvlərinin vaxtaşırı olaraq rayonun ayrı-ayrı yaşayış məntəqələrində rayon Ağsaqqallar, Veteranlar, Qadınlar Şurası, Gənclər təşkilatının nümayəndələri ilə birlikdə ərazi icra nümayəndəliklərində, bələdiyyələrdə, orta ümumtəhsil məktəblərində və Astara Pedaqoji Kollecində yeniyetmə və gənclərlə görüşlər keçirdiyini, bu görüşlərdə narkotik maddələrin insan sağlamlığına, bütövlükdə cəmiyyətə, yeniyetmə və gənclərə vurduğu ziyan və törətdiyi fəsadlar barədə geniş məlumatlar verdiyini söyləyən icra rəsmisi həmçinin narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi, anti-narkotik təbliğatının gücləndirilməsi ilə əlaqədar aidiyyəti dövlət orqanları ilə birlikdə mütəmadi olaraq “Astara gəncləri ağ ölümə yox deyir”, “Narkomaniya-uçuruma aparan yol”, “Narkomansız Azərbaycan”, “Sağlam həyat tərzi” və digər mövzularda keçirilən seminarların, inşa və rəsm müsabiqələrinin maraqla qarşılandığını bildirib.

 

Tədbirdə hər ilin may və dekabr aylarında Astara rayonunda «Xaş-xaş» şərti adı altında kompleks əməliyyat axtarış və profilaktik tədbirlərin həyata keçirildiyi qeyd olunaraq, bu tədbir çərçivəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınmasının, onların yayılmasının qarşısının alınması, narkoxassəli bitkilərin əkilib becərilməsi, eləcə də yabanı bitmişlərin aşkar edilərək məhv edilməsi, narkomanlıq və toksikomanlıq xəstəliyinə düçar olmuş şəxslərin aşkar edilərək qeydiyyata alınması və müalicəyə cəlb olunmasının təmin edildiyi də diqqətə çatdırılıb.

 

Azərbaycan Milli QHT Forumunun prezidenti, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının üzvü Rauf Zeyni, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbər müavini Vasif Quliyev  də çıxışlarında narkomanlığa və narkobiznesə qarşı mübarizədə ictimaiyyətin və QHT-lərin iştirakının böyük əhəmiyyət kəsb etdiyini, məhz onların qarşılıqlı əlaqəli fəaliyyəti ilə bu sahədə ölkədə müsbət nəticələrin əldə edildiyini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR