Bank Of Baku

Astarada əmək yarmarkası keçirilib

Astarada əmək yarmarkası keçirilib
# 24 sentyabr 2013 16:44 (UTC +04:00)

Astara. Ağəddin Babayev - APA. Sentyabrın 24-də Astarada əmək yarmarkası keçirilib.

 

Rayon Məşğulluq Mərkəzinin direktoru Zeynulla Şükürovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, yarmarkaya rayonun 22 idarə, müəssisə və təşkilatından 179 boş iş yeri çıxarılıb. Bunlardan 137-si dövlət, 42-si isə özəl təşkilatlardan olub.

 

Əmək yarmarkasında işə düzəlmək məqsədilə 60 nəfərə göndəriş vərəqəsi verilib. Onlardan 53 nəfəri peşə və ixtisasına uyğun işlə təmin edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR