Bakı. Viktoriya Dementyeva – APA. ATƏT-in Bakı ofisi Azərbaycanda fəaliyyət göstərən 25 vəkil üçün iki günlük təlim kursu təşkil edib. APA-nın məlumatına görə, iyunun 6-dan Ədliyyə Akademiyasında keçirilən tədbirin məqsədi vəkillərin müdafiə bacarıqlarını inkişaf etdirmək və ümumilikdə Azərbaycanda hüquqi təmsilçiliyin keyfiyyətini artırmağa kömək etməkdir.
Milli ekspertlər müştərilərlə müsahibənin keçirilməsi və hüquqi yardımın nəzəri-praktiki aspektləri haqqında təqdimatlar keçirib.
“Bu təlim proqramı bizim fəaliyyətlərimiz arasında Azərbaycanın ATƏT öhdəliklərinin yerinə yetirilməsində göstərdiyi səylərə dəstəyin vacib bir hissəsidir” – deyə ATƏT-in Bakı ofisinin Qanunun aliliyi və insan hüquqları şöbəsinin rəhbəri Covanni Qalzinyato bildirib.
Qeyd edək ki, təlim Azərbaycan Vəkillər Kollegiyası və Ədliyyə Akademiyası ilə birlikdə təşkil olunub.