Bank Of Baku

Avropa Birliyi: Azərbaycan qadınların səlahiyyətlərinin artırılması istiqamətində doğru yoldadır

Avropa Birliyi: Azərbaycan qadınların səlahiyyətlərinin artırılması istiqamətində doğru yoldadır
# 14 iyun 2013 09:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycan qadınların səlahiyyətlərinin artırılması istiqamətində atdığı addımlara görə doğru yoldadır. Avropa Birliyi də hər zaman pensiya, qadınların sosial hüquqlarının əmək bazarında təmin olunması istiqamətində Azərbaycanla birgə işlər görməyə hazırdır“. APA-nın xəbərinə görə, bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pils Bakıda keçirilən Azərbaycan Qadınlarının IV Qurultayında çıxışı zamanı deyib.

 

O bildirib ki, Azərbaycanda bundan sonra da qadın hüquqlarının qorunması, sağlamlıqlarının qorunmasına böyük ümid bəsləyir: “Avropa Birliyi qadınların gələcəkdə rəhbərlik, siyasi arenada qərarvermə səviyyəsinin daha da artırılmasına böyük dəstək verəcək. Hədəflərə yaxın gələcəkdə çatmaq mümkündür. Azərbaycan qadını intellekti, bacarığı, potensialı ilə seçilən qadındır. Buna görə də Azərbaycan qadını parlament, dövlət qurumlarında tutmuş biznes sahələrinə kimi bütün aspektlərdə iştirak edə və böyük uğurlar əldə edə bilər”.

 

T.Pils qeyd edib ki, Avropa Birliyi qadınların hüquqlarının qorunması istiqamətində dünyanın bir çox təşkilatları ilə yaxından əməkdaşlıq edir. Onun sözlərinə görə, qadınlara qarşı bütün növ ayrı-seçkiliyin aradan qaldırılması, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması sahəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Avropa Birliyi ilə fəal əməkdaşlıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR