Bakı-APA. Bu fikirləri APA TV-də efirə gedən “Manşet” proqramının qonağı sənətşünas Aydın Talıbzadə deyib.
Onun sözlərinə görə, son zamanlar teatrşünasları düşündürən əsas məqamlardan biri də tamaşaçının az olması və teatra marağın azalmasıdır: “Bu səbəbdən görülməli işlər çoxdur. Teatrda onu düşünməliyik ki, biz kim üçün işləyirik, seyrçi, yoxsa kütlə üçün? Təbii k, tamaşanın uğurlu olması və seyrçi toplaması yaxşı əsər və quruluşdan asılıdır. Mehriban Ələkbərzadənin "Qatil" tamaşası indiyə qədər səhnələşdirdiyim ən yaxşı tamaşadır. Biz nələrinsə arxasında
gizlənməməliyik. Azərbaycan teatrı hələ tam azərbaycanlılaşmayıb. Qadının səhnədə olması hər dövr üçün əsas problemlərdən biri olub. Bəzi insanların bu barədə yalnış düşünülüb. Qadının səhnəyə çıxmasına islam mane olmur. Bütün şərqdə, Yaponiyada da bu belədir".
Sənətşünas deyib ki, Azərbaycan muğamı artıq sərhədləri aşaraq ölkəmizi dünyada tanıdıb. "Muğamı hər yerdə dinləmək olar, amma klassik musiqini anlamaq üçün konsert salonuna getmək lazımdır. Ot kökü üstdə bitər. Muğam kimi ənənəsi olan bir xalq Qara Qarayevi, Fikrət Əmirovu yaratmalı idi. Azərbaycan sazı, xalçası brenddir, ancaq təəssüf ki, teatrımız brend ola bilməyib. Mənəviyyatı gücləndirməyin bir neçə yolu var. Kitab, teatr, film... Bu siyahını daha da uzatmaq olar”.
Aydın Talıbzadənin fikrincə, tamaşa kommersiya məqsədi daşımamalı, teatr və film mənəvi tələbata çevrilməlidir: “Teatrımız müəyyən inkişaf yolu keçərək bu günə gəlib çatıb. Gəlin nəyimiz varsa, onu qoruyaq, daha da genişləndirək. Bu gün Azərbaycanda çoxlu teatr fəaliyyət görsədir. Dövlətin dəstəyi olmasa heç bir teatr özünü dolandıra bilməz".
Aydın Talıbzadə: “Azərbaycan sazı, xalçası brenddir, ancaq təəssüf ki, teatrımız brend ola bilməyib” - VİDEO
10 oktyabr 2014 16:03 (UTC +04:00)
Sosial
Uşaqlar üçün yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb
19:44
27 may 2024
“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib - VİDEO
17:54
27 may 2024
Fransa Kibertəhlükəsizlik Agentliyinin hədəfinə çevrilmiş azərbaycanlı sosial media fəalları Bəyanat yayıb
17:44
27 may 2024
Kürdə daşqınlar Tovuzda fəsadlara səbəb olub - FOTO
16:49
27 may 2024