Bank Of Baku

Azərbaycan çaylarında gursululuq dövrü başlayıb

Azərbaycan çaylarında gursululuq dövrü başlayıb
# 01 aprel 2013 10:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Bu gün Azərbaycan çaylarında sululuq normadan yüksəkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, sululuğun normadan yüksək olması xüsusən Lənkəran-Astara zonası çaylarında müşahidə olunur. Onun sözlərinə görə, qarın əriməsi ilə əlaqədar daha çox Böyük Qafqazın və Kiçik Qafqazın dağlıq ərazilərində mövcud olan çaylarda artım müşahidə edilir.

 

A. Verdiyev Azərbaycan çaylarında gursululuq dövrünün başlandığını da açıqlayıb: “Bu dövr aprel, may və  iyun ayını əhatə edir. Bu il isə havalar mülayim keçdiyindən gursululuq dövrü daha tez başlayıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR