Bank Of Baku

Azərbaycan Çernobıl Əlilləri İttifaqı İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib

Azərbaycan Çernobıl Əlilləri İttifaqı İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib
# 19 aprel 2013 11:40 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Çernobıl Əlilləri İttifaqı İctimai Birliyi Çernobıl qəzasının 27-ci ildönümü münasibətilə XXVIII Respublika konfransı keçirib.


APA-nın məlumatına görə, konfrans dövlət himninin səslənməsi və qəzada həlak olan insanların ruhunun yad edilməsi ilə başlayıb. Sonra konfransın gündəliyi səsə qoyularaq qəbul edilib.

 

Konfransda çıxış edən Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin sədri Mirhəsən Həsənov qəzanın hər il qeyd edilməsinin əhəmiyyətini vurğulayaraq, qəzanın nəticələrinin aradan qaldırılmasında 7 min nəfərdən çox azərbaycanlının iştirak etdiyini və onlardan 3 min nəfərinin həyatını itirdiyini qeyd edib. M.Həsənov bildirib ki, sağ qalan Çernobıl əlillərinin sayı 5100 nəfərdən çoxdur və onların 95%-i əlillik dərəcəsi ilə təmin edilib: “Orada xidmət göstərən insanlar qəhrəmandırlar. Qəzanın fəsadlarının aradan qaldırılmasında iştirak etmiş şəxslərin sosial problemlərinin həlli, onların statusunun müəyyənləşməsi istiqamətində mühüm işlər görülüb”.

 

M.Həsənov qeyd edib ki, Çernobıl qəzası əlillərinin övladlarının problemlərinin həlli də vacib məsələlərdəndir. Bunlar aidiyyəti dövlət qurumları tərəfindən ciddi şəkildə təhlil olunmalı, problemləri həll olunmalıdır.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov hər il Azərbaycanda Çernobıl qəzası qurbanlarının anım mərasiminin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb. Onun sözlərinə görə, nazirlik tərəfindən Çernobıl əlillərinin problemlərini həlli istiqamətində müvafiq tədbirlər görülür: “Bu şəxslərin sosial müdafiəsinin təmin edilməsi, reabilitasiyası və müalicəsi ilə əlaqədar kifayət qədər işlər görülüb. Dövlət tərəfindən hər il bu şəxslərin müalicəsi üçün 4826 nəfərə birdəfəlik 176 manat sosial müavinət verilir, 1149 nəfər əlilin ailəsinə və 1896 uşağına birdəfəlik müavinət ödənilir. 2792 nəfər əlilə Azərbaycan prezidentinin təqaüdü təyin olunub və 2000-ci ildən 2013-cü ilə qədər Çernobıl əlillərinə 200-dən artıq mənzil verilib. 60-a yaxın əlil dövlət tərəfindən avtomobillə pulsuz təmin edilib. Hər il bu əlillərin müxtəlif sanatoriyalarda onların müalicəsi təmin edilir”.

 

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyev isə deyib ki, Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş insanların problemlərinə cəmiyyət həssaslıqla yanaşmalıdır, çünki heç kim bu cür faciələrdən sığortalanmayıb: “Ölkə prezidentinin sosial yönümlü siyasəti nəticəsində bu qəbildən olan insanlara xüsusi diqqət ayrılır. Bu tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək”.

 

Sonda konfrans iştirakçıları adından İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi və dəstəklənməsi barədə müraciət qəbul olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR