Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib
# 16 aprel 2013 11:22 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Tacikistan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Tacikistan prezidentinin icra aparatının sosial müdafiə şöbəsinin, Dövlət Sosial Sığorta və Pensiyalar Agentliyinin rəhbər şəxslərindən ibarət olan nümayəndə heyəti ilə görüş keçirilib. «APA-Economics»in xəbər verdiyi kimi, görüş Tacikistan nümayəndə heyətinin Bakıya aprelin 20-dək davam edəcək və Azərbaycanın pensiya-sığorta sistemi üzrə təcrübəsini öyrənmək məqsədini daşıyan səfəri çərçivəsində keçirilib.

 

Fondun sədri Səlim Müslümovun sözlərinə görə, səfər Azərbaycanda aparılan pensiya-sığorta islahatları və qurulan yeni sistemin öyrənilməsi məqsədi daşıyır. Belə ki, Tacikistan üzrə Avropa İttifaqının tvinninq layihəsi çərçivəsində Azərbaycanın pensiya-sığorta sisteminin öyrənilməsi və bu əsasda Tacikistanda islahatların reallaşdırılması qərara alınıb. Bir müddət öncə Tacikistanın müvafiq rəsmi qurumları Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, sosial sığorta və pensiya təminatı sahəsindəki islahatlar, bu sferada İKT-nin tətbiqi, inzibati idarəetmə və kadr potensialının inkişafı üzrə Azərbaycanda əldə olunmuş təcrübənin öyrənilməsi məqsədilə Azərbaycana səfər etmək niyyətində olduqlarını bildiriblər.

 

Görüşdə Fondun sədri pensiya-sığorta sahəsində sığortaolunanların fərdi uçotu, əmək pensiyaları təminatı sisteminin şərtləri, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin maliyyələşdirilməsi və ödənişi, avtomatlaşdırılmış idarəetmə sisteminin formalaşdırılması istiqamətində görülən işləri qonaqların diqqətinə çatdırıb. Eyni zamanda, Azərbaycanın sığorta-pensiya sistemində tətbiq olunan elektron xidmətlər, pensiyaların plastik kartlarla ödənişi məsələlərinə, eləcə də səmərəli maddi-texniki bazanın yaradılması proseslərinə toxunulub. Görüşdə iki ölkənin pensiya-sığorta sistemlərinin gələcək əməkdaşlığı məsələləri ətraflı müzakirə olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR