Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan əhalisi 4,8 milyard manatlıq və ya əvvəlki ilin analoji dövrü ilə müqayisədə 5,8% çox gəlir əldə edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, gəlirlərin hər nəfərə düşən həcmi orta hesabla 4,4% artaraq 517,6 manat və ya ayda 258,8 manat olub.
«Bütün icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalidə 4,3 mlrd. manatlıq və ya əvvəlki ildəkindən 5,4% çox vəsait qalıb», - deyə Komitədən bildirilib.