Bank Of Baku

Azərbaycan ərazisində 25 dərəcə isti gözlənilir

Azərbaycan ərazisində 25 dərəcə isti gözlənilir
# 17 aprel 2014 09:29 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında aprelin 18-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-13, gündüz 20-25, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 3 gün ərzində komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR