Mülayim şimal küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 0-2, gündüz 1-5 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 31-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi, günün ikinci yarısından əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.
Dekabrın 31-də günün ikinci yarısından başlayaraq və yanvarın 1-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.