Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında qeyd edib ki, günün ikinci yarısından etibarən külək zəifləyəcək, iyunun 13-14-ü ölkə ərazisində yağmursuz və mülayim hava şəraiti müşahidə ediləcək, temperatur yüksələcək.
A. Verdiyev son günlər respublikada hava şəraitinin qeyri-sabit və küləkli keçməsinin səbəblərini də açıqlayıb: “Son günlər havaların qeyri-sabit və küləkli keçməsi şimaldan daxil olan soyuq hava kütlələri ilə bağlı olub”.
Qeyd edək ki, son günlər ölkə ərazisində qeyri-sabit, küləkli və əsasən yağmurlu hava şəraiti müşahidə olunub. Bu günlərdə havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə düşüb.