Bank Of Baku

Azərbaycan ərazisində havanın temperaturu iqlim normasından yüksəkdir

Azərbaycan ərazisində havanın temperaturu iqlim normasından yüksəkdir
# 04 yanvar 2013 09:20 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva - APA. “Bir neçə gündür ki, Azərbaycan paytaxtında cənub-qərb küləkləri üstünlük təşkil edir. Bunun nəticəsində hazırda Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə yüksəkdir”.

 

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədova deyib. Onun sözlərinə görə, yaxın 2-3 gün ərzində ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Belə ki, Bakı və Abşeron yarımadasında mülayim cənub-qərb küləyi əsəcək, yanvarın 6-da şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu isə yaxın 2-3 gün ərzində günorta saatlarında paytaxtda 7-12 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında da yaxın 2-3 gün ərzində hava şəraiti yağmursuz keçəcək, mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 7-12  dərəcə isti, dağlarda  gecə 3-8 dərəcə şaxta, gündüz isə 5-10 dərəcə isti təşkil edəcək.

 

Havanın temperaturu iqlim norması daxilində, bəzi günlərdə isə normadan 1-2 dərəcə yüksək olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR