Bank Of Baku

Azərbaycan ərazisində havanın temperaturu 37 dərəcəyə yüksələcək

Azərbaycan ərazisində havanın temperaturu 37 dərəcəyə yüksələcək
# 13 iyun 2013 09:35 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, cənub-şərq küləyi əsəcək. İyunun 14-də Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 17-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. İyunun 15-də də gecə 17-22, gündüz 18-33 dərəcə isti gözlənilir.

 

İyunun 14-15-də Azərbaycanın rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. İyunun 14-də havanın temperaturu Aran rayonlarında gecə 17-22, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq. İyunun 15-də də bölgələrdə havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 30-35 bəzi yerlərdə 37, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacaq.

 

Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR