Bank Of Baku

Azərbaycan ərazisində havanın temperaturu yüksələcək - YENİLƏNİB

Azərbaycan ərazisində havanın temperaturu yüksələcək - <span style="color: red;">YENİLƏNİB
# 05 iyul 2013 08:46 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, iyulun 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 20-23 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcək.

 

Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Temperatur gecə 18-23 dərəcə, gündüz 32-37 dərəcə, dağlarda gecə 11-16 dərəcə, gündüz 21-26 dərəcə isti olacaq.

 

İyulun 7-də isə Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz keçəcək. Temperatur gecə 20-23 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında isə temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 33-38 dərəcə, dağlarda gecə 11-16 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR