Bank Of Baku

Azərbaycan ərazisində qar yağacaq

Azərbaycan ərazisində qar yağacaq
# 08 yanvar 2013 11:41 (UTC +04:00)

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz  1-4 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında yanvarın 9-da hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 9-14, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

 

Yanvarın 9-da ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yanvarın 10-da daha da kəskinləşəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR