Bank Of Baku

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti aprelin 25-dək davam edəcək

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti aprelin 25-dək davam edəcək
# 19 aprel 2013 10:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA.  Aprelin 20-dən başlayaraq Azərbaycan ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi xəbərə görə, qeyri-sabit hava şəraiti aprelin 25-dək davam edəcək. Onun sözlərinə görə, növbəti 5 gün ərzində havanın temperaturu Bakıda və Abşeron yarımadasında bu günlərlə müqayisədə 2-3 dərəcə, bölgələrdə isə 2-4 dərəcə aşağı düşəcək: “Bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu 10-15 dərəcə təşkil edirsə, sabah bu temperatur 8-13 dərəcə olacaq. Hava şəraitinin dəyişməsi daha çox şimal və qərbdən daxil olan soyuq hava kütlələri ilə bağlıdır”.

 

Aprelin 20-də Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 8-13 dərəcə isti, bəzi yerlərdə 15 dərəcəyədək isti olacaq.

 

Sabah respublikanın cənub və qərb rayonlarından başlayaraq hava şəraitinin yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 5-9 dərəcə isti , gündüz 10-15 dərəcə isti, dağlarda gecə mənfi 4 dərəcə şaxtadan müsbət 1 dərəcəyədək isti, gündüz 1-5 dərəcə isti olacaq.

 

Aprelin 21-də isə Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 8-13, bəzi yerlərdə 15 dərəcəyədək isti olacaq.

 

Aprelin 21-də bölgələrdə arabir yağıntılı olacağı, dağlıq yerlərdə sulu qar və qar yağacağı gözlənilir. Havanın temperaturu gecə Aran rayonlarında 3-7 dərəcə isti, gündüz 8-13 dərəcə isti, bəzi yerlərdə 15 dəcəyədək isti, dağlarda 2-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR