Bank Of Baku

Azərbaycan ərazisində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq

Azərbaycan ərazisində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq
# 21 aprel 2014 09:56 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, mülayim şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 9-13, gündüz 17-22 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın bölgələrində də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 9-14, gündüz 19-24, dağlıq ərazilərdə gecə 3-8, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

 

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 3 gün ərzində Abşeron yarımadasında mövsümə uyğun hava şəraiti, biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR