Bank Of Baku

Azərbaycan ərazisində soyuq, şaxtalı hava davam edəcək, qar yağacaq

Azərbaycan ərazisində soyuq, şaxtalı hava davam edəcək, qar yağacaq
# 15 dekabr 2012 09:27 (UTC +04:00)

 

Mülayim şimal, şimal-şərq küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında dekabrın 16-da hava şəraitinin fasilələrlə yağıntılı, bəzi yerlərdə sulu qar, qar yağacağı, səhər saatlarında duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 1-6 dərəcə şaxta olacağı gözlənilir.

 

Dekabrın 18-dək ölkə ərazisində soyuq, şaxtalı hava şəraitinin davam edəcəyi gözlənilir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR