Bank Of Baku

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Litvada səfərdə olub

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Litvada səfərdə olub
# 05 aprel 2013 10:02 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndə heyəti Litvada səfərdə olub. APA-ın “Fövqəladə Hallar” qəzetinə istinadən verdiyi məlumata görə, nümayəndə heyətinə fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə rəhbərlik edib.

 

Səfər zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri üzrə  Litva Radiasiyadan Qorunma Mərkəzinin mütəxəssislərinin təqdimatları dinlənilib. Litva Respublikasının Nüvə energetikasının təhlükəsizliyi üzrə dövlət müfəttişliyinin rəis müavini Sigitas Slepaviçius ilə görüş keçirilib. Görüşdə fəaliyyəti dayandırılmış İqnalina AES-nin tam istifadədən çıxarılması ilə əlaqədar təhlükəsizlik məsələləri ilə bağlı təqdimat dinlənilib və gələcəkdə inşası planlaşdırılan yeni AES-in təhlükəsizliyinin qiymətləndirilməsi, lisenziyalaşdırılması və istismar təhlükəsizliyi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Azərbaycan nümayəndə heyəti Litvanın Səhiyyə Nazirliyində, Daxili İşlər Nazirliyi yanında Yanğın təhlükəsizliyi və xilasetmə departamentində də görüşlər keçirib. Görüşlərdə Litvanın nüvə və radioloji qəzalara hazırlıq və cavab vermə üzrə milli planı, eləcə də Azərbaycanda nüvə və radioloji fövqəladə halların idarə edilməsi sisteminin işlənməsi istiqamətində məsələlər müzakirə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR