Bank Of Baku

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində «Açıq qapı» günü keçiriləcək

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində «Açıq qapı» günü keçiriləcək
# 15 aprel 2013 08:53 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Aprelin 18-də Azərbaycan İqtisadi İnkişaf Nazirliyində «Açıq qapı» günü – vətəndaş forumu keçiriləcək.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq olunmuş «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»na uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyi tərəfindən «Acıq qapı» günü – vətəndaş forumu keçiriləcək.

 

«Açıq qapı» günü çərçivəsində ictimaiyyətin, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri İqtisadi İnkişaf Nazirliyinin (ünvan: Ü.Hacıbəyov küçəsi,40, Hökumət Evi, VII qapı) fəaliyyəti ilə əyani olaraq tanış ola bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR