Bank Of Baku

Azərbaycan minik maşını dərəyə aşıb, ölən və yaralananlar var

Azərbaycan minik maşını dərəyə aşıb, ölən və yaralananlar var
# 18 iyun 2013 06:21 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İsmayıllı rayonu, Topçu kəndində vətəndaşa məxsus "Nissan XTrail" markalı minik avtomobili dərəyə yuvarlanıb.

 

Nəticədə avtomobildə olan sərnişin, 1951-ci il təvəllüdlü Məlikov Məzahir Almaz oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtomobilin sahibi və avtomobildəki sərnişinlər müxtəlif bədən xəsarətləri alıb.

 

Ölən və yaralananlar yanğınsöndürən xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR