Bank Of Baku

Azərbaycan paytaxtında küləkli hava şəraiti daha iki gün davam edəcək

Azərbaycan paytaxtında küləkli hava şəraiti daha iki gün davam edəcək
# 19 iyun 2013 09:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Azərbaycan paytaxtında küləkli hava şəraiti növbəti günlər davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, 20-21 iyunda Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunacaq. Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. İyunun 20-də səhər və axşam saatlarında yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 17-22, gündüz 24-29 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında isə yağış yağacağı ehtimal olunur. Dağlıq və dağətəyi ərazilərdə leysan yağacaq. Bölgələrdə də iyunun 20-21-də külək əsəcək. Ayın 21-də gündüz saatlarından etibarən küləyin kəsiləcəyi ehtimal olunur. Havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 28-33 dərəcə, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti təşkil edəcək. İyunun 21-də isə gecə 17-22, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR