Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 18-də Quba rayonuna səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak edib.
APA-nın məlumatına görə, dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən binanın inşası bir il ərzində həyata keçirilib. Bu bina respublikamızdakı ən böyük Gənclər mərkəzlərindən biridir.
Mərkəzlə tanışlıqdan sonra prezident tapşırıq və tövsiyələrini verib.