Bakı-APA. Azərbaycan Tibb Universitetində (
Görüşün əvvəlində akademik Əhliman Əmiraslanov qonaqlara
Professor Aygün Attar da öz növbəsində Giresun Universiteti ilə bağlı bilgiləri açıqlayıb. Rektor qeyd edib ki, Giresun Universiteti yeni olmasına baxmayaraq, sürətlə böyüyən və inkişaf edən bir ali təhsil məktəbidir: "Artıq universitetimizdə region ölkələrindən - Azərbaycan, Ukrayna, Gürcüstan və Rusiyadan tələbələr var. Biz Türkiyə-Azərbaycan münasibətlərini daha da yaxşılaşması üçün təhsil sahəsi də əlimizdən gələni edəcəyik".
Görüşün sonunda iki universitet arasında akademik və elmi iş birliyi haqqında müqavilənin təkmilləşdirilmiş variantı imzalanıb. Bu saziş iki universitet arasında əməkdaşlıq, qarşılıqlı rezidentura imkanlarının, ortaq elmi araşdırmaların reallaşdırılmasını nəzərdə tutur.
Qeyd edək ki, Giresun Universitetinin 20 nəfərdən ibarət nümayəndə heyəti arasında rektor köməkçisi professor Ahmet Ergin, kommunikasiya fakültəsinin dekanı professor Jale Sarmaşık, baş katib Bünyamin Kaya və digərləri iştirak ediblər.