Bank Of Baku

Azərbaycan ÜST İcraiyyə Komitəsinin birinci vitse-prezidenti olub

Azərbaycan ÜST İcraiyyə Komitəsinin birinci vitse-prezidenti olub
# 05 iyun 2013 16:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə Komitəsinin 133-cü qısa sessiyasında İcraiyyə Komitəsinə səlahiyyətli nümayəndələrin seçkiləri zamanı Avstraliya prezident, Azərbaycan isə birinci vitse-prezidenti olub.

 

APA-nın xəbərinə görə, sessiyada Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev iştirak edib.

 

Tədbirin yenidən təsdiq olunmuş gündəliyinə ÜST baş direktoru Marqeret Çanın hesabatı, regional komitələrin İcraiyyə Komitəsinə hesabatları, ÜST islahatları, Ümumdünya Səhiyyə Assambleyasının 66-cı sessiyasının qətnamələri, qeyri infeksion xəstəliklərə qarşı mübarizə, ÜST islahatları, Beynəlxalq Səhiyyə Qaydaları, maliyyə məsələləri, ÜST təşkilatında idarəçilik və digər məsələlər daxil edilib.

 

İsveçrə Konfederasiyasının qanunvericiliyində edilmiş dəyişikliklərə uyğun olaraq, Ümumdünya Səhiyyə Təşkilatının Daxili Təftiş qaydalarının dəyişdirilməsinə dair Büroya Azərbaycan da seçilib. Büronun ilk iclasında ÜST Maliyyə Departamentinin və müstəqil maliyyə ekspertlərinin xülasəsi dinlənilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR