Bank Of Baku

Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı birgə müsabiqə elan edib

Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı birgə müsabiqə elan edib
# 15 aprel 2013 09:17 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı 29 may-1 iyun 2013-cü il tarixlərində Bakı şəhərində keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəni müxtəlifliyi və icmalar arasında birgəyaşayışı önə çəkmək məqsədi daşıyan layihələr üçün müsabiqə elan edib.

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə Ərəb Liqası və Mərkəzi Asiya ölkələrindən olan müxtəlif QHT-lər, gəlir güdməyən təşkilatlar, xeyriyyə təşkilatları, tədqiqat və təhsil institutları, dini təşkilatlar, həmkarlar ittifaqları, ixtisaslaşmış assosiasiyalar, fondlar və yerli icmalar kampaniya çərçivəsində mükafat qazanmaq üçün iştirak edə bilər.

 

Mükafatla bağlı müsabiqə BMT-nin Sivilizasiyalar Alyansının rəsmi internet ünvanında (www.unaoc.org) elan edilib.

 

Qeyd edək ki, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan prezidenti İlham Əliyevin himayəsi altında UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub mərkəzi, İSESKO və BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə 29 may-1 iyun 2013-cü il tarixlərində Bakı şəhərində keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR