Bank Of Baku

Azərbaycan və Tacikistan arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq - FOTO

Azərbaycan və Tacikistan arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq - <span style="color: red;">FOTO
# 18 aprel 2013 09:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Azərbaycanda səfərdə olan Tacikistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyətini qəbul edib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə nazir Fizuli Ələkbərov Azərbaycanla Tacikistan arasında inkişaf etməkdə olan əlaqələrin hər iki nazirlik arasında əməkdaşlıq üçün də yaxşı imkanlar yaratdığını deyib.

 

Tacikistanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Emin Sanqinov Azərbaycanla əmək və sosial müdafiə sahəsində əməkdaşlığın həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

 

Görüşdə qeyd olunub ki, iki nazirlik arasında əməkdaşlığın qurulması məqsədilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in layihəsi hazırlanaraq aidiyyəti dövlət qurumlarının rəy və təklifləri əsasında ümumiləşdirilmiş şəkildə Tacikistan tərəfinə təqdim edilməsi məqsədilə Xarici İşlər Nazirliyinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR