Bank Of Baku

Azərbaycan Xəzər dənizinin dibinin rəqəmsal relyef modelini hazırlayıb

Azərbaycan Xəzər dənizinin dibinin rəqəmsal relyef modelini hazırlayıb
# 04 yanvar 2013 10:13 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu tərəfindən Xəzər dənizinin dibinin 3D relyef modeli hazırlanıb. Bunu APA-ya Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən Ramiz Məmmədov deyib. O bildirib ki, il ərzində rəhbərlik etdiyi qurum tərəfindən Xəzər dənizi ekosisteminin kompleks tədqiqi üzrə işlər aparılıb.

 

2015-ci ilə qədər həyata keçiriləcək tədqiqatlar zamanı peyk təsvirləri və kontakt ölçmələri əsasında Xəzər dənizinin Azərbaycan akvatoriyasında hidrofiziki sahələrin kompleks monitorinqi aparılacaq: “2012-ci il ərzində Xəzər dənizinin 1:750 000 miqyaslı batometrik xəritəsi rəqəmsala çevrilib (vektorlaşdırılıb) və dərinlik paylanması işlənərək dənizinin dibinin 3D relyef modelinin qurulub. Bu rəqəmsal modelin üstünlüyü hər zaman daxil edilən yeni verilənlərin dəqiqləşdirilməsinin və zənginləşdirilməsinin mümkün olmasıdır”.

 

R. Məmmədovun sözlərinə görə, Xəzər dənizinin dibinin relyefinin öyrənilməsi bir çox problemlərin həlli üçün vacibdir: “Rəqəmsal relyef modeli Xəzər dənizi suyunun daha dəqiq ümumi sirkulyasiya modelinin yaradılması, qlobal iqlim dəyişmələri şəraitində Xəzər dənizinin hidrofiziki sahələrində baş verən dəyişikliklərin daha dəqiq öyrənilməsi, Xəzər dənizi səviyyəsinin daha dəqiq proqnozunun verilməsi, dəniz dibinin köhnəlmiş və atılmış neft-qaz borularından və digər avadanlıqlardan təmizlənməsi, dənizdə yeni estakadaların quraşdırılması və dibində yeni neft-qaz kəmərlərinin çəkilişi, Xəzərin dibində geoloji və arxeoloji tədqiqatların aparılması, Xəzər dənizi ekosisteminin kompleks monitorinqinin həyata keçirilməsinə yardım edəcək”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR