Bank Of Baku

Azərbaycanda 12 illik ümumi təhsil sisteminə keçidlə əlaqədar plan hazırlanacaq

Azərbaycanda 12 illik ümumi təhsil sisteminə keçidlə əlaqədar plan hazırlanacaq
# 28 mart 2013 12:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda 12 illik ümumi təhsil sisteminə keçidlə əlaqədar plan hazırlanacaq. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan hökumətinin Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihəsi çərçivəsində hazırlanacaq yeni plan üçün Azərbaycan hökuməti Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin burada təsvir olunan məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub. Xidmətlərin məqsədi 11 illik ümumi təhsil sistemindən 12 illik ümumi təhsil sisteminə keçidlə bağlı məsələlər, çətinliklər və imkanların dəqiq təhlilini Təhsil Nazirliyi üçün təmin etməkdir. Aparılmış tədqiqat və onun nəticələri əsasında gələcək fəaliyyət üçün tövsiyələr veriləcək. Xidmətlərin icra müddəti 12 aydır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar “Maraq” ifadəsini təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən məlumatları və sənədləri təqdim etməlidirlər. Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR