Bank Of Baku

Azərbaycanda 2013-2014-cü tədris ilində magistraturaya proqram seçimi başa çatıb

Azərbaycanda 2013-2014-cü tədris ilində magistraturaya proqram seçimi başa çatıb
# 12 iyun 2013 06:42 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinin magistraturalarına martın 3-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılıb və proqram seçimində iştirak ediblər.

 

Magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün bakalavrların proqram seçiminə ayrılan müddət yekunlaşıb. Bakalavrlar iyunun 3-dən 11-i saat 00:00-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq ediblər. Onlar üçün ayrılmış vaxt ərzində 10 minə yaxın bakalavr ixtisas seçimi edib. Proqramı seçib təsdiq etmiş bakalavrlar iyunun 19-dan 22-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edib götürməlidirlər.

 

Qeyd edək ki, magistraturaya qəbul imtahanının ikinci mərhələsi iyunun 23-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək. İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılacaq. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq. İxtisas üzrə test tapşırıqlarına cavabın maksimal qiyməti 50 baldır. Yazı işlərinin nəticəsi də 50 ballıq şkalada qiymətləndiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR