APA-nın xəbərinə görə, bu fikirləri Bakıda keçirilən Ombudsmanların XI Bakı Beynəlxalq Konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.
Onun sözlərinə görə, 2003-cü ildə ölkədə ilk Milli Park yaradılıb, hazırda onların sayı 9-a çatdırılıb. Nazir müavini qeyd edib ki, hazırda Azərbaycanda 11 dövlət təbiət qoruğu və 24 yasaqlıq fəaliyyət göstərir.
“Ölkədə meşələrin mühafizəsi, bərpası və yeni meşəliklərin salınması sahəsinə dair göstəricilər də durmadan artır: “Belə ki, təkcə 2003-2012-ci illər ərzində 101 min hektar sahədə meşə-bərpa işləri aparılıb, o cümlədən yeni meşəliklər salınıb. Son 15 ildə meşə ilə örtülü sahələr 989 min hektardan 1 milyon 21 min hektara çatdırılıb, bu da respublikanın meşə ilə örtülü ərazilərinin 11,4 faizdən 11,8 faizə qədər artması deməkdir”.