Bank Of Baku

Azərbaycanda auditin nəticələrinə görə işçiyə intizam tənbehinin verilməsi üçün vaxt məhdudiyyəti artırılıb

Azərbaycanda auditin nəticələrinə görə işçiyə intizam tənbehinin verilməsi üçün vaxt məhdudiyyəti artırılıb
# 07 yanvar 2013 09:49 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Azərbaycanda hər hansı müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri ilə aşkar edilmiş intizam xətalarına görə işçiyə intizam tənbehinin verilməsi üçün vaxt məhdudiyyəti artırılaraq 2 ilə çatdırılıb. APA-nın məlumatına görə bu, İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərdə öz əksini tapıb.

 

Dəyişikliklərə qədər bu müddət 1 il olub. Məcəlləyə edilən dəyişikliklərə görə, 187-ci maddənin 3-cü bəndində qeyd olunur ki, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftişinin aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Ümumilikdə isə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz.

 

Dəyişikliklər Milli Məclisin ötən sessiyasındakı son iclasında təsdiq olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR